Gəncədə Xalça Kombinatının yataqxanasında qadın bıçaqlanıb
03.08.2020 19:54 Gündəm Hadisə

Gəncədə Xalça Kombinatının yataqxanasında qadın bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“MediaPost”un məlumatına görə, hadisə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.

1964 cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır. Apa

Xəbərlər şöbəsi

Gündəm