Gəncədə zəncirvari avtomobil qəzası baş verib
Gəncə şəhəri ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Heydər Əliyev prospektində "Mercedec", "VAZ-2107", "VAZ-2106" və "VAZ-2109" markalı avtomobillərin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Qəzanın dəqiq baş vermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.