Gigiyena və Epidemiologiya Mərkəzi Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görür
28.01.2020 14:43 Cəmiyyət

Gigiyena və Epidemiologiya Mərkəzi Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görür

APA-nın xəbərinə görə, Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, əgər Çində karantin tədbirləri həyata keçirilirsə, hər kəs özünü qorumaq üçün onlayn sifarişləri dayandırmalıdır: “Düzdür, həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar. Çünki koronavirus haqqında ÜST-ün belə tam məlumatı yoxdur. Virus hələ öyrənilir. Ona görə bir qədər ehtiyatlı olmaq lazımdır”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm