Gizli fəaliyyət göstərən çayxana aşkarlanıb
23.04.2020 09:26 Hadisə

Gizli fəaliyyət göstərən çayxana aşkarlanıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "MediaPost"a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Qamışovka kəndində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Keçirilən baxış zamanı orada olan obyekt sahibi və Astara sakinləri olan 7 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Astara RPŞ-nə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Xəbərlər departamenti

Gündəm