Gizli sənədlər yayıldı: yeni dövlət qurulur
18.12.2019 06:33 Xarici siyasət

Gizli sənədlər yayıldı: yeni dövlət qurulur

Mediapost.az xəbər verir ki, İsrail, Həmas və Fələstin Qurtuluş Təşkilatı birgə razılaşma əldə edib və bu, rəsmən təsdiqlənib.

Bekə ki, Qərbi Şeria və Qəzza sərhədində “Yeni Fələstin” adlı bir dövlət qurulacaq. Yeni yaradılan dövlətdə yəhudilər ərəblərin, ərəblər də yəhudilərin evlərini ala bilməyəcək. Razılıqda Qüds və müqəddəs torpaqların bugünkü statusunda qalacağı bildirilib.

“Al Mayadeen”-nin verdiyi məlumata görə, bu razılaşma artıq ABŞ, Avropa və Körfəz ölkələri tərəfindən təsdiqlənib.

Yeni yaradılacaq Fələstin dövlətinin qurulması üçün tərəfdaşların 5 il içərisində 30 milyard dollar xərcləyəcəyi qeyd olunub. Bu dövlətdə polisdən başqa heç kim silah gəzdirə bilməyəcək, lakin ölkəni xarici təsirlərdən yəhudi ordusu qoruyacaq. Hətta “Yeni Fələstin” dövləti onu qoruması üçün İsrailə pul da ödəyəcək. İddiaya görə, Həmas qüvvələri tamamilə silahsızlaşdırılacaq ancaq üzvlərinə aylıq maaş veriləcək. Eyni zamanda Həmas heç zaman İsrail ilə qarşıdurma yaratmayacaq.

Fələstin Qurtuluş Təşkilatı və Həmas razılaşmanı rədd edəcəyi halda Amerika fələstinlilər üçün maliyyə yardımını dayandıracaq. Fələstinə kömək göstərəcək digər ölkələr də bundan imtina etməyə məcbur olacaq. Bundan əlavə İsrail də bu razılaşmanı rədd edərsə, ona qarşı eyni addımlar atılacaq.

Qeyd edək ki, ABŞ prezidenti Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və Qolan təpələrinin də İsrailə aid olduğunu bildirib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm