Gizli sevgi, dəbdəbəli həyat, 36 saat davam edən evlilik...
15.04.2020 09:42 Fikirlər

Gizli sevgi, dəbdəbəli həyat, 36 saat davam edən evlilik...

Yeva tünd rəngli paltarları, qırmızı dodaq boyasını və bahalı daş-qaşı çox sevir, gün ərzində 6-7 dəfə paltar dəyişdirdi. Brilyant qaşlarla bəzədilmiş zərif platin saatını göz bəbəyi kimi qoruyurdu. Ömrünün son beş ilində bu saatı qolundan demək olar ki, çıxarmamışdı. Bu, Adolf Hitlerin ona 27-ci doğum günü hədiyyəsi idi. Saatın alt tərəfində belə bir yazı vardı: "sizə hər şeyin yaxşısını arzulayıram, 6 fevral, 1939-cu il...".

"MediaPost" xəbər verir ki, sonralar bu hədiyyə ilə bağlı Almaniyanın nüfuzlu nəşrlərindən olan "Der Spiegel"də məqalə dərc olunmuşdu. Jurnal yazırdı ki, saata həkk olunmuş qeydlər olduqca soyuq təsir bağışlayır: "Bunlar bir sevgiliyə yox, rəfiqəyə və ya tanışa deyiləcək sözlərdir".

İLK TANIŞLIQ

Gizli sevgi, dəbdəbəli həyat, 36 saat davam edən evlilik...

Hitlerin çevrəsində Yeva Braunun varlığından çox az adam xəbərdar idi. Bu kimi müəmmalar ikilinin münasibətləri ilə bağlı şayiələrə yol açmışdı. Bəziləri onların arasında sevgili münasibətlərinin olmadığını da iddia edirdi.

Fürer (Hitler) şəxsi həyatının digər aspektləri kimi, Yeva Braunla münasibətlərini də gizli saxlayırdı. O ərəfələrdə Almaniyanın birinci xanımı təbliğat nazirinin həyat yoldaşı Maqda Qoebbels hesab olunurdu. Fürer özü isə dəfələrlə bildirmişdi ki, Almaniya ilə evlidir, evliliyə inanmır və həyatını çətinləşdirmək niyyətində deyil.

İkilinin sevgili olmadığına dair daha bir sübut kimi Adolfla Yevanın yataq otaqlarının ayrı olması göstərilirdi. Deyilənlərə görə, cütlük hətta bunkerdə də ayrı-ayrı otaqlarda yatırdı. Lakin bütün bunlara baxmayaraq, sonda Fürer Yeva ilə evlənmişdi.

Adolf Yeva ilə 1929-cu ildə gənc qızın işlədiyi fotostudiyada tanış olmuşdu. Hitlerlə 17 yaşlı fotoqraf köməkçisi arasında dərhal xoş münasibət yaranmışdı. 40 yaşlı Adolf Yevanı öz "Mersedes"i ilə evə aparmaq istədiyini demiş, qarşı tərəf isə atasını qəzəbləndirməkdən qorxaraq imtina etmişdi.

Gizli sevgi, dəbdəbəli həyat, 36 saat davam edən evlilik...

O gündən Hitler Yevaya diqqət göstərməyə başlamışdı. Ona komplimentlər deyir, çiçəklər, şokoladlar və zinət əşyaları hədiyyə edirdi. Hitler ilk görüşdə Yevanı operaya dəvət etmiş və bu görüşdən bir neçə həftə sonra onu sarayına aparmışdı. Qızın ailəsi bu münasibətə qarşı idi, lakin Yeva Adolfa aşiq olduğu üçün onları dinləmirdi.

Hitlerlə tanışlıqdan sonra Yeva pəhriz saxlamağa, aktiv idmanla məşğul olmağa başlamışdı. O, son dəblə geyinir, bahalı kosmetikadan istifadə edirdi.

Çox keçmədən Yeva öyrənir ki, Hitler onunla görüşə-görüşə başqa qadınlara da diqqət göstərir. Bu xəbərdən məyus olan gənc qız özünü öldürməyə qərar verir. Lakin cəhdi uğursuz olur - güllə Yevanın ürəyindən yan keçir. Hitler Yevanın ona görə canına qəsd etmək istədiyini öyrənəndə gənc qıza olan duyğuları dəyişir. Bu hadisədən təsirlənən Fürer Yevaya daha da bağlanır. Və ona bu bağlılığı simvolizə edən çəhrayı turmalindən olan dəst hədiyyə edir.

Bioqrafların yazdığına görə, Yeva Braun Hitlerin bu hədiyyəsinə həssaslıqla yanaşır, onu hər zaman çantasında daşıyırdı. Sonradan Fürer ona daha bahalı hədiyyələr etmişdi. Lakin bu zərif dəst Yevanın ən sevdiyi idi. O, həyatla vidalaşıb ölümə gedəndə də bu dəsti taxmışdı...

Gizli sevgi, dəbdəbəli həyat, 36 saat davam edən evlilik...

GİZLİ MÜNASİBƏTLƏR

Almanların əksəriyyəti Yevanın haqqında heç nə bilmirdi. Hitler Yeva ilə birgə fotolarının qəzetlərə düşməməsinə ciddi nəzarət edirdi. Hakimiyyətə gələndən sonra isə Yevaya ictimaiyyət arasında ona qarşı hisslərini göstərməyi qadağan etmişdi. Yeva çarəsizcəsinə Hitlerin "ölkəsi ilə evlənən adam" obrazını qorumağa çalışırdı.

İlk vaxtlar ikili bir-birlərini yalnız Hitler Münhenə gələndə görürdü. Həmin vaxtlarda Adolf Yevanı adətən şəhər kənarına dəvət edirdi. Onu gətirmək üçün də içərisində iki katibəsinin oturduğu qara "Mersedes" göndərirdi.

1935-ci ildə Hitler Yevaya üçotaqlı mənzil hədiyyə edir. Həmçininköməkçiləri vasitəsi ilə zərfdə pul göndərirdi ki, sevgilisi heç nədən korluq çəkməsin. Elə həmin il Braun ilk dəfə Adolf Hitlerin rəhbərlik etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyasının Nürnberqdə keçirilən illik konqresində iştirak edir. Yeva nüfuzlu partiya liderlərinin xanımlarının olduğu kürsüyə çıxanda ətrafdakılar pıçıldaşmağa başlamışdı. Sonra öz aralarında Yevanın üzərindəki bahalı xəzləri müzakirə etmişdilər.

Gizli sevgi, dəbdəbəli həyat, 36 saat davam edən evlilik...

Bir il sonra Yeva kiçik bacısı Qretl və bir xidmətçisi ilə elit məhəllədə yerləşən bir mülkə köçür. Braun malikanəni böyük zövqlə döşəyərək yeniləyir. Yemək otağına ekzotik ağaclardan hazırlanmış mebel qoyulur, otaqlar sənət əsərləri ilə aşıb-daşır. Evin divarlarınıHitlerin şəkilləri və portretləri, həmçinin Mussolininin hədiyyəsi olan rəsm əsəri bəzəyirdi.

Malikanədə Səmərqənd xalısı və ilk televizorlardan biri vardı. Hitler malikanənin inşası zamanı təhlükəsizlik tədbirlərini də nəzərə almışdı. Evin zirehli qapı, həmçinin bombardmandan qoruyan sığınacaqla təchiz olunmasını əmr etmişdi. Hitler çox vaxt onunla olmasa da, Yeva malikanədən məmnun idi. Orada ziyafətlər təşkil edir və qonaqları qəbul edirdi.

1939-cu ildə Yeva buradan da köçməli olur. Bu dəfə Reyx kargüzarlığındakı bir mənzilə. Mənzildə nəhəng kamin və Bismarkın portreti olan yataq otağı vardı.Yevaya Hitlerin otağına yalnız arxa qapıdan girməyə icazə verilirdi ki, onu heç kim görməsin.

YEVANIN ADI KEÇƏN YEGANƏ SƏNƏD

Fürer Yeva ilə münasibətlərini gizlətməyə davam edirdi. Yeva Braunun adının keçdiyi yeganə sənəd Hitlerin 2 may 1938-ci ildə yazdığı vəsiyyətnamə idi.

İtaliyaya rəsmi səfərindən əvvəl Fürer sui-qəsd cəhdindən ehtiyat edirdi. Öləcəyi təqdirdə yaxınlarının və tabeçiliyində olan insanların təhülükəsiz şəraitdə qalmasını istəyirdi. Bunu təmin etmək üçün hərəkətə keçmişdi. Siyahıdakı ilk ad Yeva Braun idi. Hitler Brauna aylıq min mark müavinət təyin etmişdi. Özü həyatdan gedərsə, Yeva ömrünün sonuna qədər partiyanın fondlarından bu müavinəti almalı idi.

Hitler və Braunun münasibətlərini gizlətmədən rahat və demək olar ki, ailə şəraitində yaşadıqları yeganə yer Berqhof idi. Yaxşı qorunan və kənar gözlərdən uzaq olmaq üçün hasarlanan iqamətgahda Fürer və Yeva rahat, zövq alaraq yaşayırdı. Şahidlərin sözlərinə görə, Yeva Hitler üçün gün ərzində altı-yeddi dəfə paltar dəyişirdi. O, tünd rəngli geyimlərə üstünlük verir, ayaqqabını Florensiyadan sifariş verir, dodaqlarını qırmızı fransız pomadası ilə boyayırdı.

Gizli sevgi, dəbdəbəli həyat, 36 saat davam edən evlilik...

Berqhofda Braun çoxlu şəkil çəkdirirdi. Daha sonra keçmiş patronu Yevadan Fürerin şəxsi həyatından çəkilmiş fotoşəkilləri böyük məbləğ müqabilində almışdı.

FÜRERİN HƏDİYYƏSİ

Hitler Yevaya bahalı hədiyyələr verməyə davam edirdi. Məsələn, 1939-cu ildə ona kiçik Eos yaxtası hədiyyə etmişdi. Ümumilikdə isə Üçüncü Reyx 21 gəmiyə sahib idi.

Braunun yaxtası nasist simvolları ilə bəzədilmişdi. Şahidlərin sözlərinə görə, Fürerin hədiyyəsi gözəlliyi ilə fərqlənmirdi, lakin Reyn boyunca romantik gəzintilər üçün mükəmməl idi.

Fürerin evində işləyən xanım sonradan danışmışdı ki, Braun həmişə Hitlerin arvadı olmaq istəyirdi. Hitlersə ona çox bağlı olsa belə, bundan imtina edirdi. Deyilənlərə görə, Adolf imkan düşən kimi Yevaya məktublar yazır, gün boyu səfərdə olmasına baxmayaraq, ona zəng edirdi.

Braun isə şəxsi gündəliyində sevgilisinin ona zaman ayırmamasından şikayətlənirdi. Hər bir halda Hitler Yevaya ciddi şəkildə nəzarət edirdi. Onun digər kişilərin yanında olması, rəqs etməsi və siqaret çəkməsi qadağan edilmişdi.

Yeva gündəliyində yazırdı: "O, məni yalnız özü üçün əlverişli olduqda sevirdi. Üç aydır ki, mənə bircə xoş söz belə, deməyib".

Fürerin Yevaya yazdığı məktubların heç biri qalmayıb. Hitler şəxsi həyatının izlərini məhv edir, bütün şəxsi yazışmalarını yandırmağı əmr edirdi. Yeva Braun isə əksinə, adının tarixə Fürerlə qoşa düşməsini istəyirdi.

Yevanın Fürerlə evlənmək xəyalları intihar etməzdən bir gün əvvəl gerçəkləşdi. O, 29 aprel 1945-ci ildə Yeva Hitler oldu. Mərasim Fürerin bunkerində baş tutdu və olduqca sakit keçdi. Gəlin uzun qara ipək paltar geyinmiş, qızıl sep və brilyant qaşlı saat taxmışdı. Yevanın uzun illər həsrətlə gözlədiyi bu evlilik cəmi 36 saat davam etmişdi...

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm