“Google” bu sirli ərazilərin görünməsini niyə istəmir? - FOTOLAR
13.02.2020 11:08 Dünya

“Google” bu sirli ərazilərin görünməsini niyə istəmir? - FOTOLAR

“Google” 2001-ci ildə peyk görüntülərindən təşkil olunmuş “Google Earth” proqramını təqdim edib. Çoxları bu proqramdan evini, məhəlləsini tapmaq, yeni yerlər kəşf etmək və ya küçələrdə dolaşmaq üçün istifadə etsə də, bəzi insanlar bu üsulla qeyri-adi və sirli yerləri kəşf ediblər.

“MediaPost”un məlumatına görə, dünyanın müxtəlif bölgələrində yerləşən və hər kəsin gözü qarşısındakı bir sıra məkanların və obyektlərin “Google Earth” tərəfindən bulanıq və ya xüsusi işarələnmiş formada göstərilməsi diqqət çəkir.

Həmin yerlərdən bəzilərini təqdim edirik:

“Google” insanların bu əraziləri görməsini istəmir

1. Çindəki sirli cizgilər - Bir çox ölkədən fərqli olaraq Çin “Google” küçə görüntüsünə icazə vermir. İstəyənlər peyk görüntülərini əldə edə bilərlər. İnsanların Çində kəşf etdiyi sirli məkanlardan biri kvadrat təşkil edən ağ xətlər formasında görünən ərazidir. Bununla yanaşı, həmin kvadratın yanında daha açıq tonlarda kvadrat formalı ərazi də var.

“Google” insanların bu əraziləri görməsini istəmir

2. Varşavadakı bulanıq ərazi- Polşanın paytaxtı Varşavada şəhərin tam mərkəzində bulanıq bir bölgə var. Şəhər mərkəzinin bu formada təqdim edilməsinin səbəbi burada hərbi agentlərin və hərbi texniki yoxlama ofislərinin yerləşməsidir.

“Google” insanların bu əraziləri görməsini istəmir

3. Səhradakı hədəf simvolu - Nevada səhrası sirli bölgələrlə doludur. Məsələn, səhranın ortasında kəskin və böyük formada hədəf işarəsini görməmək mümkün deyil. Təəssüf ki, bu simvolun səbəbi haqqında heç bir məlumat yoxdur.

“Google” insanların bu əraziləri görməsini istəmir

“Google” insanların bu əraziləri görməsini istəmir

4. Balear adalarındakı kor nöqtələr - Balear adalar qrupuna daxil olan Malyorka, Minorka, İbitsa, Kabrera və Formentera adalarının da sirləri var. Minorka adasında gizlədilmiş iki yer mövcuddur. Bunlardan biri turistlərin gedə biləcəyi Mola qalasının qalıntılarının olduğu ərazidir. İkinci nöqtə isə suallarla dolu bir yerdir və tamamilə bulanıq təqdim edilir. Bu yer barədə isə ətraflı məlumat yoxdur.

“Google” insanların bu əraziləri görməsini istəmir

5. 52-ci bölgə - Çoxunuz yəqin ki, ABŞ-da Cənubi Nevadadakı gizli hərbi baza olan 51-ci bölgə haqqında eşitmisiniz. Yad planetlilər və gizli silahlarla bağlı xüsusi sirlərin həmin bölgədə gizlədildiyi bildirilir. Bu bölgə Tonopa Nevadanın 48 km cənub-şərqində və 51-ci bölgənin 100 km şimal-qərbində yerləşir. Peyk görüntülərinə yaxından baxdıqda yolun ortasında 6 guşəli ulduz əks olunub. Təbii ki, bu ulduzun mənası da ictimaiyyətdən gizlidir.

“Google” insanların bu əraziləri görməsini istəmir

6. Cəhənnəmə açılan qapı - Burada təbii ki, həqiqi bir qapıdan söhbət getmir. Çinin dağlarında məskunlaşma yerlərinə yaxın bir bölgədə böyük və qaranlıq bir dəlik yerləşir. İlk baxışda dəlik mədən olduğu təəssüratı yaratsa da, çuxurun olduqca səliqəli dairə formasında və dərin olması suallarını meydana çıxarır.

“Google” insanların bu əraziləri görməsini istəmir

7. Markul nüvə bölgəsi - Fransının cənub-şərqində yerləşən bölgə də "blur"lanıb və küçə görünüşünə keçdikdə, belə ətrafdakı obyektlərin görünməsi mümkün deyil. Ərazi Markul nüvə bölgəsi olduğu üçün nəinki peykdən baxmaq, hətta xüsusi icazə olmadan buraya daxil olmaq qadağandır.

“Google” insanların bu əraziləri görməsini istəmir

8. “Stockton-on-Tees”dəki gizli ev - Bura İngiltərənin şimal-şərqində yerləşən və 85 min nəfərin yaşadığı bir qəsəbədir. Qəsəbədəki “Prinsport” küçəsində cəmi iki ev olsa da, evlər gizlədilib. Yəni peyk görüntülərində bu obyektlər normal görünsə də, yaxınlaşdırdıqda bulanıq bir foto ilə qarşılaşırıq. Bunun səbəbi isə heç kəsə məlum deyil. Maraqlısı budur ki, bina sakinlərinin də bu ərazinin xəritədə niyə gizlədilməsi barədə heç bir fikri yoxdur.

“Google” insanların bu əraziləri görməsini istəmir

9. Antik bir mədəniyyətin qalıntıları - “Google” istifadəçilərindən biri xəritədə gəzərkən okeanda olduqca maraqlı xətlərlə ayrılmış yer kəşf edib. Bu obyektlər nağıllardakı Atlantik şəhərinə bənzədilib.

“Google” insanların bu əraziləri görməsini istəmir

10. Marsdakı “Google” bazası – Marsın peyk görüntüsünə baxan insanlardan biri anidən kosmik baza ilə qarşılaşıb. Sən demə, bu binaya daxil olaraq dəhlizlərdə gəzmək, hətta ofisin pəncərələrindən Mars mənzərələrini izləmək mümkündür.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm