Goranboyda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO
28.12.2019 17:00

Goranboyda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO

"MediaPost" APA-ya istinadən məlumat verir ki, hadisə Goranboy-Borsunlu yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb. Su daşıyan yük maşını ilə “Toyota Prado” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"



Xəbərlər departamenti

Gündəm