"Görürsən dünyanın bütün ordenləri sinəsindədir, özünü rəssam adlandırır, halbuki o rəssam deyil" - VİDEO
İçərişəhərdə demək olar ki, hər kəsin ən çox sevdiyi xüsusi məkanlar var. Bu məkanların hər biri onlarla xatirənin ünvanıdır. Ancaq şəhər içində şəhər abu-havasını özündə cəmləşdirən onu əbədiləşdirən bir ocaq mövcuddur. Bu rəssam, keramika ustası, Azərbaycan etnoqrafiyasının gözəl bilicisi, əsl ziyalı Mirteymur Məmmədovun keramika evidir.
MediaPost təqdim edir: