Göyçayda 1 nəfər dəm qazından boğuldu
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.
"MediaPost"un məlumatına görə, hadisə Göyçay şəhərinin Rəsul Rza küçəsində qeydə alınıb.
Göyçay şəhər sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.