Göyçayda “VAZ”la “Ford” toqquşdu - Ölən var
21.01.2020 11:26

Göyçayda “VAZ”la “Ford” toqquşdu - Ölən var

Daxili İşlər Nazirliyindən MediaPost-a verilən məlumata əsasən, yanvarın 20-də saat 10 radələrində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində rayon sakini Malik Kərimovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil və Şəki rayon sakini R.Həsənovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm