Göygöldə atanın oğlunu güllələməsi ilə bağlı cinayət işi başlanıb
02.01.2020 10:00 Hadisə

Göygöldə atanın oğlunu güllələməsi ilə bağlı cinayət işi başlanıb

Nazirliyinin mətbuat xidmətindən MediaPost-a verilən məlumata görə, yanvarın 1-də saat 15 radələrində, əvvəllər məhkum olunmuş Y. Bayramovun yaşadığı Nadil kəndindəki evin yanması və həyətində oğlu Mahirin qətlə yetirilmiş meyitinin olması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Göygöl rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Hadisə yerinə baxış zamanı evin 90 kv. metr sahədə 4 otağının və çardaq hissəsinin yanar konstruksiyalarının yanması müəyyən edilib, yaxınlıqdakı əkin sahəsində isə həmkəndlisi olan oğlu Mahirin ov tüfəngindən yetirilmə xarakterli xəsarəti olan meyiti tapılmış və hadisə yerinin yaxınlığında 2 ədəd giliz aşkar edilərək götürülüb.

Hadisəni münaqişə zəminində törətmiş atası Yaşar könüllü olaraq Səbail RPİ 9-cu PB-yə gəlib cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəngi və 8 ədəd patronu təhvil verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm