Göygöldə iki avtomobil toqquşub, ölən var
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “MediaPost”a verilən məlumata görə, martın 2-də saat 12:00 radələrində Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “VAZ-2104” və E.Şükürovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və iki sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdirilib, E.Hüseynov orada ölüb.
Göygöl Rayon Polis Şöbəsi tərəfindən tərəfindən araşdırma aparılır.