Göygöldə ölən namizəd vəkilinin oğlu KİV-ə müraciət etdi - VİDEO
10.02.2020 08:33 Hadisə

Göygöldə ölən namizəd vəkilinin oğlu KİV-ə müraciət etdi - VİDEO

"Report"un xəbərinə görə, 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin övladı müraciətində atasının seçki dairəsində hansısa təzyiqlərə məruz qalmadığını deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Atam hansısa seçki dairələrində təzyiqə məruz qalmayıb. O, bir neçə uzun müddət ürək xəstəliyindən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar koronaroqrafiya (anju) əməliyyatı olunub. Ötən gün də xəstəliyi ilə əlaqədar infarkt keçirərək vəfat edib. Xahiş edirəm ki, bunu siyasi oyunlara çevirməyin”.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm