Göygöldə sərnişin mikroavtobusu ağır qəzaya düşüb
01.02.2020 10:22 Hadisə

Göygöldə sərnişin mikroavtobusu ağır qəzaya düşüb

DİN-in Mətbuat Xidmətindən "MediaPost"a verilən məlumata görə, yanvarın 31-i saat 22 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini A.Orucov idarə etdiyi “Ford Transit” markalı avtomobili yolun kənarında dayanan Şəmkir rayon sakini N.Murtuzayevə məxsus ZİL markalı avtomobilə vurub.

Nəticədə A.Orucovun sərnişinlərindən Aidə Orucova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm