Gözdən əlil kişi avtomobil qəzasına düşəndən sonra görməyə başladı
02.02.2020 07:38

Gözdən əlil kişi avtomobil qəzasına düşəndən sonra görməyə başladı

Bu barədə “Mirror” məlumat yayıb.

Oxu.az xəbər verir ki, Yanuş Qoray adlı kişinin 20 yaşında allergik reaksiya nəticəsində sağ gözü tamamilə tutulub, sol gözü isə yalnız formaları və işığı görə bilib.

Piyada keçidindən keçərkən avtomobilin altına düşən kişinin ombasında cərrahiyə əməliyyatı edilir. Əməliyyatdan iki həftə sonra nəinki qəzanın bütün fəsadları geridə qalır, hələ üstəlik Yanuş görməyə də başlayır.

Həkimlər Yanuşun yenidən görməsinin səbəbi kimi xəstəxanada ona verilən dərmanları hesab edirlər. Yanuş özü isə qəza zamanı başının asfalta dəyməsini dönüş anı sayır.

Hadisədən sonra Yanuş Qoray sağaldığı xəstəxanaya mühafizəçi kimi işə düzəlib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm