“Gözümdə peyda olan parıltının səbəbisən” - Azərbaycanlı müğənnidən həyat yoldaşına
11.11.2020 14:37 Şou-biznes

“Gözümdə peyda olan parıltının səbəbisən” - Azərbaycanlı müğənnidən həyat yoldaşına

Müğənni Azad Şabanov həyat yoldaşı Toma ilə yeni fotosunu paylaşıb.

“MediaPost” xəbər verir ki, müğənni onu evliliklərindən bir il ötməsi münasibətilə təbrik edib. Azad həyat yoldaşına bu sözləri yazıb:

“Həyatımın yoldaşısan. Gözümdə peyda olan parıltının, qəlbimdə yaşayan incə, zərif, hər kəsdən qorumaq istədiyim duyğunun səbəbisən, mənim sevgimsən. 11.11.2019 - Bir il keçdi, bu il nə qədər çətin olsa da, hər sınağına şükür, mənə ailəmi bəxş etdi, bizə Allahdan oğul payı qismət etdi, bizə Qələbə hədiyyə etdi. Çətinliklər bitməyə bilər, təki onlardan hər bir zaman səninlə birlikdə keçim, mənim qızım. Səni sevirəm. Bayramımız mübarək!”.

Qeyd edək ki, cütlüyün oğulları bu ilin avqustunda dünyaya gəlib.

Pərviz Hüseyn

Gündəm