Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
24.02.2020 11:05 Cəmiyyət

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Departamentdən "MediaPost"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Xəbərlər departamenti

Gündəm