Güclü külək əsəcək, temperatur enəcək - XƏBƏRDARLIQ
29.11.2019 14:56 Gündəm

Güclü külək əsəcək, temperatur enəcək - XƏBƏRDARLIQ

Nazirlikdən Mediapost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 2-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Xəbərlər departamenti

Gündəm