Güclü külək əsəcək - XƏBƏRDARLIQ
15.04.2020 12:33 Cəmiyyət

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətindən "MediaPost"-a bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 16-sı axşamdan 17-si səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı istisna olunmur.

Xəbərlər departamenti

Gündəm