Güclü külək Göyçay və Şamaxıda fəsadlar törədib
04.02.2020 16:17

Güclü külək Göyçay və Şamaxıda fəsadlar törədib

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayon ərazisində şiddətli külək beşmərtəbəli yaşayış binalarının və fərdi evlərin dam örtüyünü uçuraraq yararsız hala salıb. Güclü külək nəticəsində elektrik naqilləri qırılıb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Güclü külək Göyçayda da fəsadlar törədib. Şəhərdə və kəndlərdə ağacların budaqları qırılaraq elektrik naqillərinin üzərinə düşüb. Nəticədə rayonun bəzi yerlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda külək davam edir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm