Gülən adam başına gələnlərdən danışdı: "Atam öləndə belə, gülürdüm"
21.04.2020 15:18 Dünya

Gülən adam başına gələnlərdən danışdı: "Atam öləndə belə, gülürdüm"

“MediaPost” xəbər verir ki, 6 uşaq atası K.Can gülüşü ilə hər zaman ətrafdakı insanların diqqətini cəlb etdiyini bildirib. O, ən böyük probleminin yas mərasimlərində gülmək olduğunu deyib:

“Atam öləndə belə, qəhqəhə çəkib gülürdüm. Bacım “heç olmasa, belə bir gündə gülmə” dedi. Mən də “gülməsəm, partlayaram” cavabını verdim. Bir yerə yasa belə, getsəm, özümü saxlaya bilməyib gülürəm. Yanımdakılar da istər-istəməz gülür. Ölü yaxınlarına ayıb olmasın deyə, mən gedəndə, orada heç kəs qalmır”.

K.Can gülməyindən dolayı başına qəribə əhvalatlar gəldiyini deyir: “Bir dəfə xəstəxananın təcili yardım şöbəsinə xəstə aparmışdım. Çarpayıda ağrılar içərisində olanlar mən gülməyə başlayınca xəstəxananın işçiləri ilə birgə qəhqəhə çəkdilər.

Kəndimizdə bir nəfər xərçəng xəstəsi var. Ona yaxşı təsir bağışladığım üçün tez-tez yanına gedib söhbətləşirəm, ağrılarını az da olsa, unudur. Ağladığımı heç xatırlamıram”.

K.Can əsgərlik vaxtı güldüyünə görə döyüldüyünü söyləyib: “Bir dəfə yol polisi cərimə yazmışdı. Gülməyə başlayan kimi təəccübləndilər. Vəziyyəti izah etdim.

Hərbi xidmətdə olduğum zaman yaxınlarımdan biri məktub göndərərək “çox gülmə, döyülərsən” yazmışdı. Yenə də dözə bilməyib, gülməyə başladığım üçün sillə vurmuşdular”.

Türkiyənin gülən adamı K.Can dostlarının əhvalı korlananda ona zəng edərək gülməsini xahiş etdiklərini bildirib. O, ailəsinin də vəziyyətə öyrəşdiyini və çox xoşbəxt olduqlarını vurğulayıb.

Xəbərlər departamenti

Gündəm