Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb
21.01.2020 14:00 Daxili siyasət

Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O deyib ki, G. Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: “G.Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G.Əhmədovanın təqdim etdiyi imzalardan, təxminən, 160 şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilib. Ona görə də tələb olunan imzaların sayı az olduğundan Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.

Xəbərlər departamenti

Gündəm