Güləşçimiz erməni rəqibinə qalib gəldi
Azərbaycan güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdəki beynəlxalq turnirdə ilk görüşünü keçirib.
"MediaPost" xəbər verir ki, 65 kq-da yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Qor Ohannesyanla qarşılaşıb.
Bayramov erməni rəqibinə 5:4 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.