"Günay Sığorta" sahiblərinə dividend ödədi - MƏBLƏĞ
11.08.2020 13:40 İqtisadiyyat

"Günay Sığorta" sahiblərinə dividend ödədi - MƏBLƏĞ

“Günay Sığorta” səhmdarlarına dividend ödəyib. 

Sığorta şirkətindən "MediaPost"a verilən məlumata görə, 2019-cu ilin yekunu üzrə xalis mənfəəti 737 333 manat təşkil edib. Bu məbləğ səhmdarlar arasında onların paylarına mütənasib formada bölüşdürülüb. 

Qeyd edək ki, bununla bağlı qərar 6 aprel 2020-ci il tarixində ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında verilib. 

Rahim Tarıverdiyev / “MediaPost” 

Xəbərlər şöbəsi

Gündəm