"Günay Sığorta"nın rəhbəri dəyişdi
11.11.2020 11:58 Maliyyə

"Günay Sığorta"nın rəhbəri dəyişdi

"Günay Sığorta" şirkətinin İdarə Heyətinin(İH) sədri dəyişib. Bu vəzifə Mahir Niftəliyevə həvalə edilib.

Sığorta şirkətindən "MediaPost"a verilən məlumata görə, şirkətin İH-nin sədri vəzifəsinə M.Niftəliyevin təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına(AMB) məlumat göndərilib. Mahir Niftəliyev 25 il AMB-də fəaliyyət göstərib. Qeyd edək ki, buna qədər İH-nin sədri vəzifəsini Sabir Quliyev müvəqqəti icra edirdi. İndi isə Sabir Quliyev əvvəlki vəzifəsinə - Direktorlar Şurasının sədrinin müşaviri vəzifəsinə geri qayıdıb.

Bundan əlavə, İH üzvü vəzifəsinə şirkətin Regional Satış Kanallarının İnkişafı və İdarə Edilməsi şöbəsinin müdiri Ramin İsmayılov təyin olunub. 

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

 

Rahim Tarıverdiyev

Gündəm