Gürcüstan Azərbaycanla ticarət dövriyyəsini 18 % artırıb
22.11.2022 10:37 Gündəm İqtisadiyyat Maliyyə

Gürcüstan Azərbaycanla ticarət dövriyyəsini 18 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1 milyard 57,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 % çoxdur.

Mediapost “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 10 ay ərzində Azərbaycan Gürcüstanın 5-ci ticarət tərəfdaşı olub.

Ümumiyyətlə, hesabat dövründə Gürcüstan digər ölkələrlə 15,2 milyard ABŞ dolları dəyərində ticarət aparıb. Bu isə 1 il əvvələ nisbətən 33,5 % çoxdur.

Gürcüstanla ən çox ticarət aparan ölkə Türkiyə olub. Bu ölkə ilə ticarətin dəyəri illik müqayisədə 36,6 % artaraq 2 milyard 295,6 milyon dollar təşkil edib.

Növbəti yerlərdə Rusiya (1 milyard 946,3 milyon dollar, 50,2 % çox), Çin (1 milyard 528,4 milyon dollar, 24,5 % çox), Azərbaycan və ABŞ (1 milyard dollar, 45,1 % çox) qərarlaşıb.

news department

Gündəm