Gürcüstan daha 4 ay əhalinin kommunal xərclərini ödəyəcək
10.08.2020 09:42 Gündəm Dünya

Gürcüstan daha 4 ay əhalinin kommunal xərclərini ödəyəcək

Gürcüstanda daha 4 ay müddətində əhalinin qaz və işıq pulları hökumət tərəfindən ödəniləcək.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria hökumət iclasında məlumat verib. 

O, açıqlamasında ödənişlərin noyabr, dekabr, yanvar və fevral aylarını əhatə edəcəyini vurğulayaraq “ay ərzində 200 kilovat elektrik enerjisi və 200 kub metr qaz istehlak edən vətəndaşların 4 aylıq xərci hökumət tərəfindən maliyyələşdiriləcək” - deyə qeyd edib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm