Gürcüstan prezidenti müsəlman dünyasında ilk qadın deputat olmuş azərbaycanlı barədə danışıb
28.01.2020 15:05 Siyasət

Gürcüstan prezidenti müsəlman dünyasında ilk qadın deputat olmuş azərbaycanlı barədə danışıb

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Gürcüstanın 1921-ci il konstitusiyası ilə kişi və qadınlar üçün bərabər aktiv və passiv seçki hüququ təmin edilmişdi: “O zaman yerli özünüidarəetmə orqanlarına ilk müsəlman qadın deputat olmaqla beş qadın seçilmişdi”.

S.Zurabişvili Gürcüstanın hər yerində cəmiyyətin bütün səviyyələrində kişilər və qadınlar üçün bərabər münasibət və imnkanlar yaratmaqla bağlı öhdəlik daşıdığını deyib.

Qeyd edək ki, Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı etnik azərbaycanlı Pərixanım Sofiyeva olub. O, müstəqil namizəd olaraq Tbilisi qəzasından seçilib. P.Sofiyeva 1953-cü ildə vəfat edib. Onun Qardabani rayonunun Qaracalar kəndində yerləşən məzarı 2018-ci ilin iyun ayında abadlaşdırılaraq qəbrüstü abidə qoyulub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm