Gürcüstan PUA istehsal edəcək
13.05.2021 20:53 Dünya

Gürcüstan PUA istehsal edəcək

Gürcüstanda pilotsuz uçuş aparatları (PUA) istehsal olunacaq.

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.

Onun sözlərinə görə, "Delta" hərbi elmi-texniki mərkəzdə istehsal olunacaq ilk PUA-lar 2022-ci ildə təqdim ediləcək.

Nazir həmçinin bildirib ki, mərkəzin bazasında yaradılacaq Gürcüstan-İsrail birgə müəssisəsi M4 tipli avtomatların istehsalını təşkil edəcək .(Report).

Xəbərlər şöbəsi

Gündəm