Gürcüstan vətəndaşı koronavirus şübhəsi ilə Tbilisidə tibbi nəzarətə götürülüb
06.02.2020 14:04 Dünya

Gürcüstan vətəndaşı koronavirus şübhəsi ilə Tbilisidə tibbi nəzarətə götürülüb

"Report"un yerli bürosu xəbər verir ki, üç gün öncə Şanxaydan vətənə dönən gənc qadın özü xəstəxanaya müraciət edib.

Pasiyent digərlərindən izolyasiya olunub. O, sabah koronavirusla bağlı testdən keçiriləcək.

Xəstəxanadan bildirilib ki, vətəndaşda koronavirusun olması ehtimal edilməsə də, tibbi nəzarətdə saxlanılır.

Klinikadan qeyd olunub ki, son günlər ərzində nəzarətə götürülən doqquz pasiyentin heç birində koronavirus təsdiq olunmayıb və onların hamısı evə buraxılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm