Gürcüstan XİN rəhbəri koronavirusa yoluxdu
26.01.2021 20:26 Dünya

Gürcüstan XİN rəhbəri koronavirusa yoluxdu

Gürcüstanın xarici işlər naziri David Zalkalianinin koronavirusa yoluxduğu təsdiqlənib.

"MediaPost" xəbər verir ki, bu barədə nazir özü sosial şəbəkədə məlumat yayıb.

D.Zalkaliani özünü hazırda yaxşı hiss etdiyini və ev şəraitində müalicə olunduğunu qeyd edib.

XİN başçısı COVID-19-a yoluxan şəxslə təmasda olduğunu bildirib.

Xəbərlər şöbəsi

Gündəm