Gürcüstanda 70 yaşlı azərbaycanlını qətlə yetirən şəxs saxlanılıb - RƏSMİ
02.02.2020 08:02 Cəmiyyət

Gürcüstanda 70 yaşlı azərbaycanlını qətlə yetirən şəxs saxlanılıb - RƏSMİ

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, hadisəni törədən həmin kəndin 57 yaşlı sakini N.B-dir. O, F.Əhmədovu qısqanclıq zəminində qətlə yetirib.

Hadisədən qısa müddət sonra saxlanılan şəxs təqsirini etiraf edib. Polis cinayətin törədildiyi bıçağı müsadirə edib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə istintaq aparılır. Qətli törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm