Gürcüstanda atışma olub: Ölən və yaralananlar var
08.08.2020 21:35 Gündəm Dünya

Gürcüstanda atışma olub: Ölən və yaralananlar var

Gürcüstanın Axalkalaki şəhərində bir qrup şəxs arasında atışma olub, nəticədə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

“MediaPost” xəbər verir ki, faktı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib.

Bildirilib ki, qarşıdurma zamanı şəhərdə dörd ev və bir hotel yandırılıb. Hadisə yerinə bölgənin polis bölmələri tam heyətlə səfərbər edilib, həmçinin yanğınsöndürmə briqadaları cəlb olunub. Atışmanın saat 19:00-da başladığı və təxminən 1 saat davam etdiyi bildirilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb.

Xəbərlər şöbəsi

Gündəm