Gürcüstanda hakimiyyəti devirmək istəyənlər deşifrə edildi
06.11.2020 22:12 Dünya

Gürcüstanda hakimiyyəti devirmək istəyənlər deşifrə edildi

Gürcüstanda hakimiyyəti devirmək faktı üzrə istintaq başladılıb.

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Bildirilib ki, bir sıra şəxslər parlament seçkilərində arzuolunmayan nəticələr əldə ediləcəyi təqdirdə hakimiyyəti zorla devirməyi planlaşdırıblar və bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.

DTX oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işlərini davam etdirir.

Xəbərlər şöbəsi

Gündəm