Gürcüstanda koronavirusa rekord yoluxma sayı qeydə alınıb
13.11.2020 14:28 Dünya

Gürcüstanda koronavirusa rekord yoluxma sayı qeydə alınıb

Gürcüstanda son 24 saatda 3.473 nəfər koronavirusa yoluxub.

"MediaPost" xəbər verir ki, bu, ölkədə pandemiyanın başladığı vaxtdan bəri qeydə alınan ən yüksək yoluxma faktıdır. Bununla da koronavirusa yoluxanların sayı 73.154-ə, COVID-19 nəticəsində ölənlərin sayı isə 37 nəfər artaraq 636-ya çatıb. 

Qeyd edilib ki, virusa yoluxanlardan 55.511-i sağalıb.

 

Anara Mikail

Gündəm