Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı
26.09.2020 18:37 Dünya

Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı

Gürcüstanda daha bir nəfər koronavirusdən ölüb.

“MediaPost” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yeni növ koronavirus xəstəliyindən müalicə alan 59 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Bununla da ölkədə infeksiya nəticəsində ölənlərin sayı 28-ə çatıb. 

İndiyədək Gürcüstanda 4 960 nəfər koronavirusa yoluxub (son sutkada 296 hal), 1 819 pasiyent sağalıb.

Xəbərlər şöbəsi

Gündəm