Gürcüstanda koronavirusun üçüncü dalğası başladı
11.04.2021 20:53 Dünya

Gürcüstanda koronavirusun üçüncü dalğası başladı

Gürcüstanda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

"MediaPost" xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

Baş epidemioloq vətəndaşları tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 288 min 396 nəfər koronavirusa yoluxub, 3877 pasiyent dünyasını dəyişib.

Xəbərlər şöbəsi

Gündəm