Gürcüstanda məktəblər açılmayacaq
13.01.2021 23:37 Dünya

Gürcüstanda məktəblər açılmayacaq

Gürcüstanda yaxın günlərdə məktəblərin açılması barədə yayılan məlumatlar əsassızdır. Mövcud yoluxma sayı və vəziyyət bu barədə danışmağa imkan vermir.

"MediaPost" xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze bildirib.

“Uşaqları düzgün mühitdə böyütməyin və onlara təhsil verməyin vacibliyindən tez-tez danışırıq. Bununla bağlı Təhsil Nazirliyi ilə birgə işləyirik. Uşaqların sağlamlığı və təhlükəsizliyinin qorunmasının əsas məsələ olduğunu unutmamalıyıq. Buna görə də bəzi fikirlərimiz olsa da, bu mövzuda daha diqqətli davranırıq”, - deyə nazir məktəblərin hələlik açılmayacağını bəyan edib.

 

Xəbərlər şöbəsi

Gündəm