Gürcüstanda siyasi xaos: Müxalifət parlamentə daxil olmağı rədd etdi
03.11.2020 13:25 Dünya

Gürcüstanda siyasi xaos: Müxalifət parlamentə daxil olmağı rədd etdi

Gürcüstanda bazar günü keçirilən parlament seçkilərinin nəticələrini tanımayan müxaliflər seçkilərin yenidən keçirilməsi təmin etmək üçün yeni üsula əl atıb.

"MediaPost" xəbər verir ki, sabiq prezident Mixail Saakaşvilinin də daxil olduğu və 27% səs toplayan müxalifət bloku seçilən millət vəkillərini parlamentə göndərməməyə qərar verib. Belə ki, müxalifət seçkilərin ədalətli olmadığını, oliqarx Bidzina İvanişvilinin sədri olduğu iqtidar partiyasının qeyri-qanuni olaraq səs oğurladığını iddia edib.

Yerli medianın məlumatına görə, müxaliflər ötən gün küçələrə çıxaraq etiraz aksiyası keçirib. 

Digər tərəfdən Ukraynada olan və haqqında həbs qərarı olduğu üçün Gürcüstana gələ bilməyən M.Saakaşvili də müxalifətdən seçki nəticələrini tanımamalarını və seçkilər yenidən keçirilənədək nümayişlərə davam etmələrini istəyib.

Qeyd edək ki, rəsmi açıqlamaya görə, hakim partiya olan "Gürcü arzusu" 47% səslə seçkilərdə qalib gəlib.

Anara Mikail

Gündəm