Gürcüstanda zəlzələ oldu
17.01.2021 13:19 Dünya

Gürcüstanda zəlzələ oldu

Bu gün səhərə yaxın Gürcüstanda zəlzələ baş verib.

"MediaPost" xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Mərkəzin verdiyi məlumata əsasən, yeraltı təkanlar Tbilisi vaxtlı ilə saat 03:39 radələrində qeydə alınıb. Zəlzələnin episentri Tsalka rayonundan 16 km cənub-qərbdə yerləşən Məmişlər kəndi olduğu bildirilir.

Yeraltı təkanın gücü 3.0 bal maqnitudada qeydə alınıb. Qeyd edək ki, bu kənddə etnik azərbaycanlılar yaşayır. 

Xəbərlər şöbəsi

Gündəm