Gürcüstandan daha 53 nəfər Azərbaycana təxliyyə ediləcək
20.09.2020 23:14 Cəmiyyət

Gürcüstandan daha 53 nəfər Azərbaycana təxliyyə ediləcək

Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyyə ediləcək.

"MediaPost" xəbər verir ki, təxliyyə olunacaq şəxslər Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər.

Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyyəsi həyata keçirilib.

Xəbərlər departamenti

Gündəm