Gürcüstanın uşaq mahnı müsabiqəsində “Laçın” ifa olunub - VİDEO
Gürcüstanın Birinci kanalında yayımlanan “Ranina” uşaq musiqi layihəsində Azərbaycanın “Laçın” xalq mahnısı təqdim olunub.
“MediaPost”un yerli bürosu xəbər verir ki, mahnını müsabiqə iştirakçısı Anastasiya Vasadze ifa edib.
Azərbaycan dilində ifanı münsiflər heyətinin üzvləri və tamaşaçılar alqışlarla və “bravo” sədaları ilə qarşılayıblar.
Qeyd edək ki, “Ranina” müsabiqəsi artıq VI mövsümdür keçirilir. Yarışmada 8 yaşdan 14 yaşadək ifaçılar iştirak edir. Qalib Gürcüstanı builki “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil edəcək.
Xatırladaq ki, “Laçın” “Ranina” müsabiqəsində oxunan ilk Azərbaycan mahnısı deyil. Belə ki, ötənilki mövsümün iştirakçısı Oto Bazeraşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun “Aman aman ayrılıq” mahnısını ifa etmişdi.