Güzəştli mənzillərin tikinti layihəsini bu təşkilat hazırlayacaq
11.08.2020 16:51 İnfrastruktur İqtisadiyyat

Güzəştli mənzillərin tikinti layihəsini bu təşkilat hazırlayacaq

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunacaq yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurulub.

“MediaPost” xəbər verir ki, tenderin qalibi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu olub.

Qalib təşkilata 637 min 647,22 manat ödəniləcək.

 

Xəbərlər şöbəsi

Gündəm