Habil Vəliyev azadlığa buraxılıb
06.12.2019 11:30 Gündəm

Habil Vəliyev azadlığa buraxılıb

"Report"un xəbərinə görə, Nərimanov Rayon Məhkəməsi onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar çıxarıb.

H.Vəliyev saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, H.Vəliyev 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. O, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mediapost.az

Habil Vəliyev azadlığa buraxılıb

Xəbərlər departamenti

Gündəm