Hacıbala Abutalıbovdan dini söhbət - VİDEO
16.12.2019 06:21 Gündəm

Hacıbala Abutalıbovdan dini söhbət - VİDEO

Bakının keçmiş meri Hacıbala Abutalıbovun din xadimləri ilə dialoqunu əks etdirən görüntülər sosial mediada maraq doğurub.

Mediapost.az xəbər verir ki, sabiq məmur Bakı məscidlərindən birinin həyətində ilahiyyatçılarla söhbət edib. Belə ki, H.Abutalıbov din xadimlərinə şeytanı mələyə çevirməyi tövsiyə edib:

"Gəlin, şeytanı qovmayaq. Onu qovanda gedib başqasının mələyinin yerində oturar. Gəlin, şeytanların sayını azaldaq, mələyə çevirək. İldə 5 milyon adam Kəbəyə gedir. Onlar şeytanı qovmaq üçün daşı atırlar. Mən onlara deyirəm ki, 5 dənə şeytanı mələyə çevirin. Bundan sonra şeytan qurtarar".

H.Abutalıbovun bu çıxışı sosial mediada müzakirə mövzularından olub. Həmçinin onun din xadimlərinə məsləhəti gülüş doğurub.

Qeyd edək ki, bu ilin oktyabr ayında Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsindən azad edilib. Bundan öncə isə sabiq məmur uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub.

Xəbərlər departamenti

Gündəm