Hacıqabulda 17 gün əvvəl qəzada ölən piyadanın yaxınları axtarılır
07.02.2020 15:46 Hadisə

Hacıqabulda 17 gün əvvəl qəzada ölən piyadanın yaxınları axtarılır

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanvarın 21-də saat 21:00 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında “Ford” markalı avtomobil şəxsiyyəti məlum olmayan piyadanı vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib. Vurulan piyada tanınmaz hala düşüb. Onun meyiti Şirvan şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib.

Hadisədən 17 gün keçməsinə baxmayaraq vurulan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.

Əldə edilən məlumata görə, meyit tanınmaz halda olsa da, bəzi əlamətlərinə əsasən onu yaxınları və ya tanışları tanıya bilər. Belə ki, ölən şəxsin sol bilək nahiyəsində “ürəyə sancılan ox” təsviri və “M” hərfi yazılmış tatu var. Saçları xına rəngində, bəzi dişlərinin sarı metaldan olduğu bildirilir.

Bu əlamətlərə görə itkin düşən şəxs barədə məlumatı olanlardan hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm