Hadı Rəcəblinin nəticələrinin ləğvi xəbərinə MSK-dan AÇIQLAMA
13.02.2020 10:08 Daxili siyasət

Hadı Rəcəblinin nəticələrinin ləğvi xəbərinə MSK-dan AÇIQLAMA

Bunu “MediaPost”a açıqılamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib. O, hələ sözügedən dairə üzrə araşdırmaların başlamadığını bildirib:

“Media bu informasiyanı hardan əldə edib bilmirəm. Azərbaycanda fikir azadlığıdır, kim nə istəsə deyir, amma bununla bağlı bir qərar yoxdur. Hələ araşdırmalar başlamayıb. Bu gün MSK-nın iclasında şikayətlərə baxılacaq, daha sonra araşdırma aparılacaq. MSK şikayətlərə 3 gün ərzində baxmalıdır. Yeni daxil olan şikayətlərə də bu gün baxılacaq”.


Oxu: MSK Hadı Rəcəblinin dairəsi ləğv olundu - Rəsmi qərar


M.Rəhimov hazırda Dairə Seçki Komissiyalarının məntəqələrdəki vəziyyəti araşdırdığını deyib: “Əgər məntəqələrdə seçicinin iradəsini müəyyən etmək mümkün deyilsə, nəticələr ləğv oluna bilər”.

Xatırladaq ki, bundan əvvəl bəzi yerli mətbu orqanlarda MSK-ya daxil olan şikayətlər əsasında H.Rəcəblinin seçki nəticələrinin ləğv edilməsi barədə məlumat yayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm