Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb

  • 25 mart, 2020 17:37
Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

"MediaPost"un məlumatına görə, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Gəncə şəhər sakinləri – 1976-cı il təvəllüdlü Eyvazova Gülnarə İbrahim qızı, 1975-ci il təvəllüdlü Nəsibova Elnarə Namaz qızı və Qazax rayon sakini, 1959-cu il təvəllüdlü Həsənov Cahangir Məhəmmədəli oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.