Bakıda gənc qız 5-ci mərtəbədən yıxılaraq ölüb

  • 26 mart, 2020 09:16
Bakıda gənc qız 5-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda ölüm hadisəsi baş verib.

"MediaPost" xəbər verir ki,, hadisə Nizami rayonunda qeydə alınıb.

8-ci km qəsəbə sakini, 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yerləşən mənzilin eyvanından gimnastika ilə məşğul olarkən ehtiyatsızlıqsan yıxılıb.

20 yaşlı gənc dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.